Azərbaycanda məşhur nevropatoloq vəfat etdi

  • 2024.03.11 14:29
  • 2265 Baxış
Azərbaycanda məşhur nevropatoloq  vəfat etdi
Azərbaycan Tibb Universitetinin müəllimi, tanınmış həkim-nevropatoloq İsa Alışanov dünyasını dəyişib.

"Medicina" xəbər verir ki, o kəskin infarktdan vəfat edib.

Həkim 1985-1991-ci illərdə ATU-da pediatr ixtisası üzrə təhsil almış, 1991-1992-ci illərdə universitetin I Uşaq xəstəlikləri kafedrasında internatura keçmişdi. 1992-ci ildən ATU-da işləyirdi.

Tanınmış nevropatoloq idi.

Allah rəhmət eləsin!


Azərbaycanda məşhur nevropatoloq  vəfat etdi