Ölkəmizdə ilk dəfə meyit donorun ürəyi transplantasiya edilib.
Ürək transplantasiyası əməliyyatı Mərkəzi Klinikanın baş həkimi, professor Kamran Musayevin rəhbərlik etdiyi ixtisaslı tibbi heyət tərəfindən yüksək peşəkarlıqla icra olunub.
Bu təkcə Azərbaycan yox, bütün Cənubi Qafqaz üçün ilk idi.
“Medicina” xəbər verir ki, bu sözləri jusnalist Mayis Musayev bildirib.
“25 ilə yaxındır ki, ölkəmizdə ürək və damar xəstəliklərinin müalicəsi, ürək-damar cərrahiyyəsinin inkişafı, bu sahədə elmi-praktiki yeniliklərin tətbiqi və gənc həkimlərə ötürülməsi üçün gecə-gündüz demədən ilk günkü istək və arzuyla çalışan Prof.Dr. Kamran Musayevin ölkə səhiyyəsində ilklərlə yadda qalan bəzi əməliyyatlarını bir daha yada salaq”.
Sentyabr, 2009 - ilk dəfə ürəkdə süni xorda köçürülməsi əməliyyatı
Oktyabr, 2011 - ilk dəfə minimal invaziv yolla uğurlu aortal qapaq cərrahiyyəsi əməliyyatı
Yanvar, 2013 - ilk süni ürək köçürülməsi əməliyyatı
Dekabr, 2013 - ilk dəfə olaraq qapalı metodla aorta anevrizmasının ləğvi (EVAR) əməliyyatı
Sentyabr, 2014 - ilk dəfə olaraq kateter vasitəsilə ürəyin aortal qapağının protezləşdirilməsi (TAVİ) əməliyyatı
Sentyabr, 2017 - ilk dəfə qan dövranı dayandırılmaqla ağciyər damarlarının endarterektomiyası əməliyyatı
Dekabr, 2017 - ilk dəfə olaraq aortanın laylanmış (dissekan) anevrizmasının “hibrid metodla” müalicəsi
Noyabr, 2018 - ilk dəfə olaraq xəstənin özünün ürək pərdəsindən yeni ürək qapağı düzəldilərək pozulmuş ürək qapağının əvəzolunması əməliyyatı
Oktyabr, 2025 - ilk donor ürək transplantasiyası əməliyyatı...
Hesab edirik ki, bu ilklərin davamı olacaq.
MEDİCİNA.AZ