Ağstafa şəhər Musiqi və İncəsənət Mərkəzinin müəllimi vəfat edib.
Medicina.az APA-ya istinadən xəbər verir ki, 1984-cü il təvəllüdlü musiqi müəllimi Günel Hüseynova iş başında olarkən qəfil halı pisləşib.
O, dərhal xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Hadisə ilə bağlı araşdırma aparılır.