Azərbaycanda narkotikə qurşanan 14-16 yaşlı qızlar var - Həyəcan təbili

  • 2022.04.07 16:01
  • 1462 Baxış
Azərbaycanda narkotikə qurşanan 14-16 yaşlı qızlar var  - Həyəcan təbili

“Narkomaniya ilə mübarizədə tətbiq edilən köhnə metodlar pasiyenti fiziki asılılıqdan, el dili ilə desək, “lomka”dan çıxarmaq üçün olub. Birinci mərhələdə o, fiziki ağrıdan çıxmalıdır, çünki reabilitasiyada sırf psixoloji müalicə gedir”.

xəbər verir ki, bu sözləri AzTV-nin efirində yayımlanan “Çıxışa doğru” proqramında qonaq olan “Azad həyat” reabilitasiya mərkəzinin rəhbəri Həmid Yunusov deyib.

O bildirib ki, asılılıqların növləri var və bütün hallarda ilkin mərhələ - fiziki ağrılardan azad olmaqdır:

“İkinci mərhələdə artıq reabilitasiya mərkəzində müalicə lazımdır. Mən 2013-cü ildə bu sahə üzrə Rusiyada çalışanda 14-16 yaşlı qız uşaqlarını görəndə vahiməyə düşürdüm. Azərbaycan bu gün həmin vəziyyətdədir. Nə qədər acınacaqlı olsa da, belədir. Ölkədə özəl və dövlət sektorda reabilitasiya mühiti yoxdur. Ölkə üzrə, mən bilən, on reabilitasiya mərkəzi var, onların da hərəsində 25-30 nəfər pasiyent, birlikdə 250-300 nəfər edir. Bu rəqəmlə biz ölkəyə kömək edə bilmərik. Narkomaniyadan əziyyət çəkənlərin sayı ilə bu balans üst-üstə düşmür.

Bu gün bizim reabilitasiya mərkəzimizdə 18 yaşlı cavan da var, 58-60 yaşlı şəxs də. Yaş həddi artıq yoxdur. Ən effektiv müalicə kimi reabilitasiyadan güclü heç nə görmürük. Elə pasiyentlər var ki, deyirlər ki, İsrailə qədər müalicəyə getmişik, amma nəticə olmayıb. Bu gün bizim reabilitasiya mərkəzimizdən məzun olanların sayı az deyil” .