Azərbaycanda nazir koronaya yoluxdu

  • 2021.04.21 13:50
  • 2317 Baxış
Azərbaycanda nazir koronaya yoluxdu
Mədəniyyət naziri Anar Kərimov koronavirusa yoluxub.

Medicina.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Bildirilir ki, nazirdən yeni növ koronavirus (COVID-19) infeksiyası üçün götürülən analiz nümunələrinin nəticəsi müsbət çıxdığından o, bir müddətdir karantinə alınıb.

Qeyd edək ki, COVID-19 virusuna yoluxan Anar Kərimov 16 aprel 2021-ci il tarixindən müalicə olunur və hazırda vəziyyəti stabildir.

Anar Kərimovla yaxın təmasda olan Mədəniyyət Nazirliyinin əməkdaşları da qaydalara uyğun olaraq karantinə alınıb və bir müddətdir fəaliyyətlərini məsafədən həyata keçirir.