Azərbaycanda orqanlarını vəsiyyət edənlər artır

  • 2025.09.22 15:45
  • 96 Baxış
Azərbaycanda  orqanlarını vəsiyyət edənlər   artır



"Fevral ayından indiyədək ölümündən sonra orqanlarını bağışlayan şəxslərin sayı 50-dən 600-ə yüksəlib".


"Medicina" xəbər verir ki, bunu Modern.az-a Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi İdarə Heyətinin sədri Yeganə Abbasova deyib.



O bildirib ki, bu məsələ ilə bağlı universitetlərdə də maarifləndirmə işləri mütəmadi aparılır:

"Müşahidələrimiz onu deməyə əsas verir ki, yaşlı insanların əksəriyyəti orqanlarını bağışlamağa müsbət yanaşmasalar da, gənclər arasında bu tendensiya tamamilə fərqlidir. 10 milyon əhalinin 5 milyonu donor olsa da, reanimasiyadan beyin ölümünün olduğu ilə bağlı xəbər gəlməsə, bağışlanan orqanları belə götürmək mümkün olmayacaq. Bu sahədə isə ciddi işlərimiz gedir. Əvvəllər problemlərimiz var idi - sistem yeni idi. Həkimlər işin ciddiyyətini anlamırdılar. Lakin getdikcə, bu maneələr aradan qalxır".


2025-ci ilin əvvəlindən cari ilin aprelinə qədər 62 nəfər ölümündən sonra orqan bağışlamaq üçün müraciət etmişdi. Bu rəqəm son beş ayda təxminən 10 dəfə artaraq 600-ə çatıb.