Azərbaycanda onlarla xəstəliyi effektiv müalicə edən metod - Fotodinamik terapiya nədir? - VİDEO

  • 2020.05.04 16:17
  • 3934 Baxış
Azərbaycanda onlarla xəstəliyi effektiv müalicə edən metod   - Fotodinamik terapiya nədir? - VİDEO


Fotodinamik terapiya, qisa desək FDT, 100 ildən artıqdır ki, tibdə mövcuddur. FDT fotosintez prosesinin hüceyrə daxili keçirilən modelidir.

Belə ki, dənizdəki yaşıl yosunların günəş işığını udaraq həyata keçirdiyi fotosintez prosesini iltihablaşmış və patoloji (atipik) formaya keçmiş hüceyrələrin daxilində yerinə yetirməsidir. FDT-nin unikallığı fotokimyəvi reaksiyaların köməyi ilə seçici olaraq patoloji yəni, xəstə hüceyrələrə təsir etməsindədir.


FDT dəniz yosunundan alınmış işığa həssas maddənin (radaxlorin) bədənə yeridilməsi ilə başlanır. Bu işığa həssas maddə qan damarları ilə patoloji və normal hüceyrələrə çatır. Bir müddətdən sonra patoloji hüceyrələrin daxilində toplanmasına rəğmən normal hüceyrələrdən tamamilə çıxır. Çünki bu maddə yalnız bölünmənin "S" fazasında olan iltihablaşmış və ya xəstə (atipik) hüceyrələrdə toplanmaq qabiliyyətinə malikdir.



Qeyd edək ki, bu maddə -radaxlorin özlüyündə orqanizmin heç bir hüceyrəsinə terapevtik təsir etmir. FDT nin 2-ci vacib komponenti lazer işığıdır. Burada lazer çox zəif gücdə 1-2 vatt olur. Məhz Lazerin təsiri altında işığa həssas maddəni udmuş xəstə hüceyrələrdə fotodinamik reaksiya işə düşərək aktiv forma oksigen əmələ gəlir.Yaranmış bu sinqlet O2 patoloji prosesi dayandırır və xəstə hüceyrələri məhv edir( apoptoza uğradır).


Beləliklə, FDT zamanı qan dövranı ilə orqanizmə yayılan bu maddə, sanki daxildən bir cərrah kimi orqan və toxumaları xəstə hüceyrələrdən təmizləyir. Bütün bu proseslər həm də orqanizmə daxil olmuş bakteriya,virus və göbələklərin daxilində də baş verir və onları məhv edir.


• İltihabəleyhinə, Regenerativ, Ağrıkəsici, Ödeməleyhinə, İmmunmoduləedici, Şişəleyhinə (şişəleyhinə qeyri-spesifik immuniteti aktivləşdirir), Antiallergik təsir göstərir.
• Patoloji angiogenezi aradan qaldırır
• FDT- qılafsız virus, hətta QİÇS , spor
formalı göbələkləri fotoinaktivasiya edir.

Beləliklə: FDT hansl xəstələr üçün effektivdir?

• Artrit, artrozlar
• Revmatoid artrit
• Bexterev xəstəliyi
• Osteoxondroz, fəqərəarası disk yırtığı, fəqərələrin travmatik zədələnməsi

• Əməliyyatdan sonra, həmçinin, artroskopiya,
• oynaq və fəqərələrin endoprotezləşməsindən sonra
• Kron xəstəliyi və ulserativ kolit
• Xroniki və virus hepatitləri

• Prostat adenoması, xroniki sistit, pielonefrit
• Vitiliqo, psoriaz, karbunkul və s. kimi dəri xəstəliklərində
• LOR xəstəliklərində

• Kosmetologiyada - dərin akne, postakne, rozasea və cavanlaşma proqramının tərkibində
• Stomatologiyada - parodontoz, fleqmona kimi xəstəliklərdə
• Antibiotikə davamlı ştamların törətdiyi xəstəliklərdə

• Uzun müddət sağalmayan trofik xora və ya digər yaralarda..
• Mioma, endometrioz, displaziya, leykoplagiya
• Anal dəliyin çatında
• Bədxassəli törəmələrin profilaktikasında geniş istifadə olunur.

Müalicə prosesi ağrısız, qeyri invaziv, ziyansızdır

Qeyd edək ki, FDT avropanın bir çox inkişaf etmiş ölkələrində dövlət reisterinə daxil olmuş, klinik istifadə sertifikatı almış effektiv müalicə metodudur.

Azərbaycanda Bioloji Təbabət Klinikası sağalması mümkünsüz hesab olunan xroniki xəstəliklərin uğurlu, zərərsiz müalicəsi üçün istifadə olunan metodların axtarışındadır. Hər birinizə sağlam olmaq arzusu ilə....

Aygün Musayeva

Ətraflı videoda izləyə bilərsiniz: