Azərbaycanda ötən il ən çox qeydə alınan - XƏSTƏLİKLƏR

  • 2022.01.18 16:45
  • 1370 Baxış
Azərbaycanda ötən il ən çox qeydə alınan   - XƏSTƏLİKLƏR


Ötən il qeydə alınmış xəstəliklər arasında tənəffüs, əsəb sistemi və hissiyyat orqanlarının, bəzi infeksion və parazitar xəstəlikləri, həzm orqanlarının, qan dövranı sisteminin xəstəlikləri, eləcə də qan, qanyaradıcı orqanların xəstəlikləri üstünlük təşkil edib.

Dövlət Statistika Komitəsindən bildirilib ki, yoluxucu xəstəliklərin profilaktikası və qarşısının alınması məqsədilə inkişaf etmiş Avropa ölkələrində olduğu kimi uşaqlara 11 xəstəliyə qarşı müasir vaksinlərlə peyvənd edilib.

Bunun nəticəsi olaraq ayrı-ayrı yoluxucu xəstəliklərin azalmasına, bəzilərinin ləğv olunmasına nail olunub.