Azərbaycanda özəl klinikalarda həkimləri nəyə məcbur edirlər? – ABŞ-dən gələn məşhur həkim-VİDEO

  • 2026.01.07 20:21
  • 307 Baxış
Azərbaycanda özəl klinikalarda həkimləri nəyə məcbur edirlər? –  ABŞ-dən gələn məşhur həkim-VİDEO

“Azərbaycanda xəstəxana brendi yoxdur, bunu yaratmağa maraqlı deyillər. Həkimlər öz brendini yaratmağa çalışır. Hətta özəl klinikalarda belə bir təzyiq olur ki, instagrama çıxın, tik-toka çıxın, çox xəstə gəlsin".

Medicina.az xəbər verir ki, bunu “Saturasiya” verilişinin qonağı Qarabağ Universiteti Klinikasının baş direktoru, Qarabağ Universitetinın Tibb fakültəsinin qurucu dekanı Samir Babayev deyib.

Onun sözlərin görə, həkimin paydaş olduğu modeldə həkimin marağı bu olacaq ki, daha çox xəstə gəlsin, daha çox gəlir olsun:

"Belə sistemin içində səhiyyəni, elmi düşünmək çətin olur. Həkimin marağını maliyyə marağından ayırmaq lazımdır. Bunu etmədən yeni sistem qurmaq çətindir”.

Ətraflı izləyin: