Azərbaycanda qadın hamilə olduğunu 9-cu ayda öyrəndi - 1 gün sonra ana oldu

  • 2019.01.11 22:55
  • 17869 Baxış
Azərbaycanda qadın hamilə olduğunu 9-cu ayda öyrəndi -  1 gün sonra ana oldu
 


Azərbaycanda tibb sahəsində maraqlı hadisə baş verib.


Medicina.az-ın qafqazinfo-ya istinadən xəbərinə görə, Gəncə şəhər sakini, 1977-ci il təvəllüdlü Rəsulova Afət Ziyad qızı 23 il sonra ilk dəfə ana olub. Belə ki, mədə ağrısı şikayəti ilə həkimə müraciət edən qadın 9 aylıq hamilə olduğunu öyrənib.


Bir gün sonra Gəncə Regional Perinatal Mərkəzdə həyata keçirilən qeysəriyyə əməliyyatı ilə qadının qız övladı dünyaya gəlib. Körpə 2 kq 900 qram çəkidə doğulub.


Hazırda xəstəxanada olan ana ilə körpənin səhhəti yaxşıdır.


Mərkəzdən məlumatı təsdiqləyiblər.