Azərbaycanda qar yağır - Faktiki hava

  • 2026.02.27 16:38
  • 97 Baxış
Azərbaycanda qar yağır   - Faktiki hava



Fevralın 27-si saat 15:00-a olan faktiki hava açıqlanıb.

Medicina.az xəbər verir ki. ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur.

Bəzi yerlərdə əsən şərq küləyinin maksimal sürəti Gəncədə 28, Naftalan və Şəmkirdə 24, Goranboyda 23, Culfa, eyni zamanda Bakıda və Abşeron yarımadasında 21, Salyan, Sabirabad, Tovuz və Neftçalada 20, Salyan, Şəki və İsmayıllıda 18, Ağstafa, Qobustan və Hacıqabulda 16 m/s, Şamaxıda 15 m/s-dək güclənir.

Naxçıvan, Şərur, Şahbuz, Culfa, Sədərək, Naftalan, Şabran, Qusar, Xaçmaz, Goranboy, Tərtər, Bərdə, Beyləqan, Lənkəran, Astara, Ağdamda yağış, Xınalıq, Ordubad, Şahdağa isə qar yağır.

Daşkəsən, Sarıbaş (Qax), Qobustan, Quba, Qusar, Xızı, Qrız, Lerikdə
duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.

MEDİCİNA.AZ