Azərbaycanda qayınana ingilis kürəkəninə qaraciyərini bağışladı

  • 2024.01.17 14:16
  • 1140 Baxış
Azərbaycanda qayınana ingilis kürəkəninə    qaraciyərini bağışladı
Azərbaycanda qaynana İngiltərəli kürəkəninə qaraciyər donoru olub.


"Medicina" xəbər verir ki, Mərkəzi Klinikanın transplantoloqu Tariyel Nadirov sirroz xəstəsi olan pasiyentə orqan köçürülməsi əməliyyatı edib.

"Uyğun donor yalnız qayınanası idi. Qaynana heç düşünmədən razılıq verdi. Lakin donora qalan qaraciyər həcmi tam istədiyimiz səviyyədə deyildi. Bütün riskləri bərabər qəbul edərək , bu əməliyyatı həyata keçirməyə qərar verdik. Nəticədə bu gün donoru tam normal evə göndərdik. Düşünürəm ki, yaxın günlərdə də xəstəni evə göndərməyi bacaracayıq".

Aygün Musayeva