Azərbaycanda qripdən ölənlər də var - Baş infeksionist

  • 2022.11.02 16:22
  • 1310 Baxış
Azərbaycanda qripdən ölənlər də var    -  Baş infeksionist


"İnsanlar arasında yayılan qrip virusu meningit, əzələlərinin parçalanması və ürək əzələsinin iltihabına səbəb ola bilər".

"Medicina" xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov bildirib.

“İlkin ağırlaşmalar xəstəliyin ilk 3 günündə özünü büruzə verir. İkinci ağırlaşma isə xəstəliyinin 4-cü və ya 5-ci sutkasında üzə çıxır.


"Düzdür, koronavirusla müqayisədə daha az olsa da, buna rast gəlinir. Ona görə də buna etinasız yanaşmaq olmaz. Bu infeksiya varsa, işə, dərsə getməməli, evdə müalicə olunmalıyıq".