Azərbaycanda rezidentura sistemi formalaşmayıb - Amerikada işləyən cərrah - VİDEO

  • 2026.06.12 20:15
  • 159 Baxış
Azərbaycanda rezidentura sistemi formalaşmayıb -  Amerikada işləyən cərrah - VİDEO

Azərbaycanda rezidentura sistemi formalaşmayıb.

Medicina.az xəbər verir ki, bunu ABŞ-nin Texas ştatında fəaliyyət göstərən tanınmış azərbaycanlı LOR və baş-boyun cərrahı Dr. Yusif Hacıyev deyib.

Uzman doktor Turanə Rəsulovanın “Bakupost TV”də yayımlanan “Saturasiya” verilişində qonaq olan Dr. Yusif Hacıyev rezidentura ilə bağlı danışıb.

O, qeyd edib ki, Azərbaycanda rezidentura keçmək istəyənlər 3 əsas səbəbə görə qalırlar:

"Birincisi, ailə məsələsinə görə qalanlar. Bu, normaldır. İkincisi, xəyalpərətlərdir. Düşünürlər ki, nə isə qazana biləcəklər. Mən buna çox da isti baxmıram. Təhsil çox ciddi məsələdir. Əgər burada yoxdursa, harada varsa oraya getmək lazımdır. Gedib orada qalmayın. Amma əmin olun ki, bunu öyrənib qayıdırsınız. Üçüncüsü isə tənbəllərdir".

Daha ətraflı videoda:


Aygün
Medicina.az