Azərbaycanda marketlərdə şəkər tozu qıtlığı yaranıb.
Medicina.az xəbər verir ki, topdan satış mərkəzləri və marketlərdə  həmçinin şəkər tozunun qiyməti də qalxıb.
 
Belə ki, marketlərdə şəkər tozunun 1 kiloqramı 1 manat 40 qəpiyə satılır.
Qeyd edək ki, şəkər tozunun əvvəlki qiyməti 1,20 manat idi.