Azərbaycanda şəkər xəstələri insulin almaqdan ötəri hər ay analiz verməlidir?

  • 2026.05.11 22:47
  • 240 Baxış
Azərbaycanda şəkər xəstələri insulin almaqdan ötəri  hər ay analiz verməlidir?

Şəkərli diabet xəstələri insulin iynəsi almaqdan ötəri hər ay qan analizi verməlidir.

Medicina.az xəbər verir ki, bu barədə sosial şəbəkədə yayılıb.

"Səhər - səhər poliklinikada gördüyüm vəziyyət ölkədə səhiyyənin tamamilə xəstələri ən şirin nemət olan canından keçməyə vadar etməyə sövq edən hala bənzəyir.
TƏBİB-in yeni rəhbərliyinin verdiyi Əmrə görə şəkərli diabet xəstələri insulin iynəsi almaqdan ötəri hər ay qan analizi verməlidir.
Bunun nəyə görə lazım olduğunu məntiqlə izah edə bilən isə yoxdur.
Aydındır ki, bu qərarın xəstələrin sağalmasına heç bir müsbət təsiri yoxdur.
Əksinə xəstələrin əsəblərinin pozulmasına təsiri var.
Bu korrupsiyaya yol açan növbəti haldır.
Analizlərin cavabları isə hamıda şübhə doğurur.
Bəlkə TƏBİB-in və ya Səhiyyə Nazirliyinin rəhbərlərindən biri bu məsələyə aydınlıq gətirsin", - Gülağa Aslanlı qeyd edib.

Aygün
Medicina.az