Azərbaycanda uşaqlar arasında virus epidemiyası var - Səhiyyə nazirliyinin eksperti

  • 2022.04.06 15:37
  • 4079 Baxış
Azərbaycanda uşaqlar arasında virus epidemiyası var  - Səhiyyə nazirliyinin eksperti


“Son bir aydır məktəblilər arasında hərarət, qusma və ishalla müşahidə edilən xəstəlik yayılıb”.

Medicina.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti pediatr Əkbər Quliyev deyib.

Onun sözlərinə görə, bu uşaqlar arasında yayılan rotavirusla əlaqəlidir:

“Bu, azyaşlı uşaqlarda da çox görülür. 5-10 yaş aralığında olan uşaqlarda yoluxma halları daha çox görülür. Bu artıq epidemiya halını alıb. Bu virus nəcisdən götürülən analizlə müəyyən edilir. Əsas məqam ondan ibarətdir ki, uşaqlarda bu zaman kəskin su itkisi baş verir. Çalışırıq ki, bunun qarşısını alaq. Təəssüf ki, rotavirusun simptomları bir həftədən bir aya qədər davam edir. Virus uşaqlardan valideynlərə də keçir".

Körpələrin koronavirusa yoluxması məsələsinə gəldikdə isə pediatr bildirib ki, iki aylıq uşaq da koronavirusa yoluxa bilər: “Hətta körpə doğulan kimi də bu virusa yaxalana bilər. Əgər ana hamiləlik dövründə koronavirusa yoluxubsa, uşaq virusla doğula bilir. Bunun qarşısı dərhal alınmalıdır”. /apa.az/