Azərbaycanda xəstənin qarnından 10 kq-lıq nəhəng şiş çıxarıldı - Səbəbi dəhşətə gətirdi

  • 2021.07.01 16:01
  • 2480 Baxış
Azərbaycanda xəstənin qarnından 10 kq-lıq nəhəng şiş çıxarıldı    -  Səbəbi dəhşətə gətirdi


Bu gün uroloq cərrah Vasif İsmayıl Tədris Cərrahiyyə klinikasında keçirilən əməliyyat zamanı xəstənin qarnından nəhəng peritonarxası sahə şişi çıxarıb. Olduqca çətin keçən əməliyyat zamanı xaric edilən şiş həkimləri şoka salıb.

Belə ki, şişin özünün vena damarları ölçüsündə, yəni baş barmaq diametrində damarları var idi. Bu səbəbdən əməliyyat riskli idi. Xəstə bir müddət idi əməliyyatı üzərinə götürəcək cərrah axtarırdı.

Medicina.az xəbər verir ki, Vasif İsmayıl şişin cəmi 1 aya ərzində yaranıb sürətlə böyüdüyünü və genetik pozulma, sinir mənşəli olduğunu bildirib.