Azərbaycanda xəstəxanalarda onlayn növbə rejiminə keçilir

  • 2023.02.14 15:14
  • 1669 Baxış
Azərbaycanda xəstəxanalarda onlayn növbə rejiminə   keçilir

E-tebib mobil tətbiqi vasitəsi ilə tibb müəssisələrində onlayn növbə götürmək mümkün olacaq.



"Medicina" xəbər verir ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova jurnalistlərə açıqlamasında deyib.


"Bilirsiniz ki, icbari tibbi sığortadan istifadə edənlərin sayı artdığından xəstəxanalarda və digər tibb müəssisələrində növbələr yaranır. Bu problemi həll etmək üçün "e-tebib" tətbiqində tibb müəssisələrində onlayn növbə götürülməsi üçün bölmə yaradılır. Həmin bölmə yaxın vaxtlarda istifadəyə veriləcək və xəstəxanalarda növbə problemi aradan qalxacaq".