Azərbaycanda yoluxanlar artdı

  • 2023.01.25 20:40
  • 2232 Baxış
Azərbaycanda yoluxanlar artdı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 42 yeni yoluxma faktı qeydə alınıb, 71 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən iki nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 827 780 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 817 459 nəfər müalicə olunaraq sağalıb, 10 077 nəfər vəfat edib, aktiv xəstə sayı 244nəfərdir.

Ölkədə son sutka ərzində 2 294, hazırkı dövrədək isə 7 477 729 test aparılıb.