Azərbaycanda yoluxmanın artma səbəbi göstərildi

  • 2020.05.09 18:11
  • 3591 Baxış
Azərbaycanda yoluxmanın artma səbəbi göstərildi

TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı koronavirusa yoluxma halının artmasının səbəbini izah edib.

Medicina.az xəbər verir ki, o bildirib ki, iş yerləri açıldıqca yoluxmanın sayında artım müşahidə edilməsi karantin və sosial məsafə qaydalarına əməl edilməməsinin nəticəsidir:

"İşçilər maska və fərdi davranış qaydalarına əməl etməyib, məsuliyyətli davranmayıb. Buna görə də qrup formasında yoluxmalar qeydə alınır".