Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Azərbaycanın bu qonşuları yoluxma sayına görə ilk yerlərdədir

  • 2020.04.20 14:01
  • 1133 Baxış
Azərbaycanın bu qonşuları yoluxma sayına görə ilk yerlərdədir


Azərbaycanın qonşu dövlətləri - Rusiya, İran və Türkiyə dünyada koronavirusa yoluxanların sayına görə ilk onluqda yer alır.


Belə ki, Türkiyədə 86 306, İranda 82 211, Rusiyada isə 42 853 yoluxma halı müşahidə edilir. Ermənistanda koronavirus 1 291, Gürcüstanda isə 394 nəfərdə müəyyən olunub.

Xatırladaq ki, Azərbaycanda ötən gün cəmi 25 nəfərdə koronavirusa yoluxma faktı aşkar edilib, 122 nəfər isə virusdan sağalıb.

Virusa yoluxanların 764 265 nəfərə çatması ilə ABŞ ölkələr arasında birinciliyini qoruyur.