Azərbaycanlı aktyor beyin insultu keçirdi

  • 2019.08.20 09:27
  • 5761 Baxış
Azərbaycanlı aktyor beyin insultu keçirdi
Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktyoru Məhərrəm Qurbanovun səhhətində problem yaranıb. Medicina.az-ın əldə etdiyi məlumata görə, o beyin insultu keçirib. Aktyor dərhal Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib. M. Qurbanovun qızı Aytən Qurbanovanın sözlərinə görə, həkimlər onun atasına 72 saat vaxt qoyublar.
Qeyd edək ki, M. Qurbanov 1996-cı ildən Azərbaycan Dövlət Akademik Musiqili Teatrında çalışır. Saysız-hesabsız tamaşalarda müxtəlif obrazlar canlandıran sənətkar "Qız qalası", "Ərazi", "Ayrılıq imiş", "Axırıncı yol", "Son nəfəsədək" və s. filmlərdə rol alıb.

Azərbaycanlı aktyor beyin insultu keçirdi