Azərbaycanlı diaspor fəalları ailəlikcə koronavirusa yoluxdu

  • 2020.05.11 17:25
  • 1565 Baxış
Azərbaycanlı diaspor fəalları ailəlikcə koronavirusa yoluxdu

“Xaricdə yaşayan diaspor fəalları arasında ailəlikcə koronavirusa yoluxanlar var”.

Medicina.az xəbər verir ki, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat katibi Vəsilə Vahidqızı bildirib.

Onun sözlərinə görə, hər gün Komitə tərəfindən həmin şəxslərin gündəlik vəziyyəti, ehtiyacları öyrənilir.

V.Vahidqızı qeyd edib ki, müxtəlif ölkələrdə yaşayan diaspor fəalları arasında koronavirusa yoluxanlar var:

“Onlar Macarıstan, Yunanıstan, Fransa, ABŞ, Ukrayna və digər ölkələrdən olan fəallarımızdır. Həmin şəxslərdən sağalanlar da var”.