Azərbaycanlı həkim Dünya Çin Təbabəti Konfederasiyasının üzvü seçildi

  • 2023.12.02 16:43
  • 1506 Baxış
Azərbaycanlı həkim Dünya Çin Təbabəti  Konfederasiyasının üzvü seçildi

Azərbaycanda apiterapiya ilə məşğul olan yeganə mütəxəssis, UNESKO-nun Xalq Yaradıcılığı Təşkilatının üzvü, Yaponiyanın OİSKA beynəlxalq təşkilatının üzvü həkim Seyfəddin Əsəd daha bir uğura imza atıb.

"Medicina" xəbər verir ki, o Çinin Şaousin şəhərində, Dünya Apiterapevtlərinin Beynəlxalq konfransında, Dünya Çin Təbabəti Konfederasiyasının üzvü seçilib.

Beləliklə, azərbaycanlı həkim MDB məkanından ilk üzv həkim olub.

Həkim özü bu hadisəni karyerasının ən böyük uğuru adlandırıb.


Medicina.az