Azərbaycanlı həkim yeni kəşfinə YAŞMA adı verdi

  • 2023.01.06 17:10
  • 2196 Baxış
Azərbaycanlı həkim yeni kəşfinə YAŞMA adı verdi

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, neonatoloq Sərxan Elbəyiyev uşaqlarda beyin zədələnməsini öncədən təxmin edə bilən YASHMA adlı yeni qiymətləndirmə sistemini yaradıb.

"Medicina" xəbər verir ki, artıq yeni qiymətləndirmə sisteminin dəstəyi ilə doğuş zamanı bəzi səbəblərdən oksigensiz qalan yeni doğulmuş körpələrdə beyin zədələnməsini Maqnit Rezonans Tomoqrafiya (MRT) olmadan belə qiymətləndirmək mümkündür. Bununla uşaqlarda beyin zədələnməsinin olub-olmadığı öncədən bilinəcək.

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti tərəfindən irəli sürülən yeni metod 44 günlük Vətən müharibəsində qəhrəmancasına döyüşən hərbçilərimizin şərəfinə YASHMA adlandırılıb. Yeni qiymətləndirmə sistemi və onun işləmə prinsipi haqqında məqalə dünyaca məşhur “Oxford Academic Journal of Tropical Pediatrics” elmi jurnalında dərc olunub.

(https://academic.oup.com/tropej/article-abstract/68/6/fmac082/6749661?redirectedFrom=fulltext&login=false

Tibdə yeni olan bu sistem aşağı gəlirli ölkələrdə beyin zədələnmələrini öncədən müəyyən etməyə, uşaqların nevroloji və beyin inkişafı baxımından daha yaxından izlənilməsi, erkən diaqnoz və müalicəsinə şərait yaradacaq.