Azərbaycanlı kardioloq Avropada fəxri ad aldı

  • 2023.08.30 17:04
  • 2132 Baxış
Azərbaycanlı kardioloq Avropada  fəxri ad aldı
Avropa Kardiologiya Cəmiyyətinin Amsterdamda keçirilən konqresində azərbaycanlı həkim fəxri ada layiq görülüb.


“Medicina” xəbər verir ki, kardioloq Oktay Musayev kardiologiyanın inkişafına əhəmiyyətli töhfə verən səhiyyə işçilərinə təqdim olunan və dünyada mükəmməlliyin simvolu kimi tanınan FESC (Avropa Kardiologiya Cəmiyyətinin kardioloqu) fəxri adını alıb.


Qeyd edək ki, Amsterdamdakı toplantıda Azərbaycan Kardiologiya Cəmiyyəti çox böyük heyətlə iştirak və çıxış edib.


Aygün M.
Azərbaycanlı kardioloq Avropada  fəxri ad aldı