Azərbaycanlı milyarder Bakıya 10 təcili yardım maşını göndərdi - FOTOLAR

  • 2020.05.08 19:23
  • 3835 Baxış
Azərbaycanlı milyarder Bakıya 10 təcili yardım maşını göndərdi     - FOTOLAR


Koronavirusla mübarizə dəstək fonduna ölkə daxili ilə yanaşı, xaricdən də yardımlar gəlməkdədir.

Medicina.az xəbər verir ki, rusiyalı biznesmen, milyarder,, əslən azərbaycanlı Qod Nisanov Azərbaycana 10 təcili yardım maşını göndərib.

Yeni avtomobillər Bakıya xüsusi təyyarə ilə gətirilib. Təcili yardım maşınları Təbib-ə ayrılıb.