Azərbaycanda üçəmlərin sayı artır

  • 2023.01.19 14:41
  • 2026 Baxış
Azərbaycanda üçəmlərin sayı artır

Ötən ilin yanvar-noyabr ayında Azərbaycanda 3154 əkiz, 150 üçəm, 8 dördəm doğulub.


"Medicina" xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ötən ilin yanvar-noyabr aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ölkə üzrə 112758 doğulan körpə qeydə alınmış və 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici 11,1-dən 12,2-yə qədər artıb.

Doğulan uşaqlar arasında oğlanların xüsusi çəkisi 52,8 faiz, qızların xüsusi çəkisi isə 47,2 faiz olmuşdur. Doğulan körpələrdən 3154-ü əkiz, 150-si üçəm, 8-i isə dördəm olub.