Babasili olanlar hansı qidalardan uzaq durmalıdır?

  • 2022.12.19 16:06
  • 1410 Baxış
Babasili olanlar hansı qidalardan uzaq durmalıdır?

Xarici ölkələrin statistikasına əsasən ölkəmizdə hemoroidli xəstələrin sayı (Babasil) 10 % təşkil edir. Aparılan tədqiqatlar nəticəsində məlum olub ki, babasildən əziyyət çəkəm xəstələr azı iki ildən sonra həkimə müraciət edirlər.


"Medicina" xəbər verir ki, bu barədə həkim-radioloq Şəbnəm Topbaştekin məlumat verib.

"Düz bağırsaq qanaxması ilə gələn xəstələrin 45 faizində hemoroidə rast gəlinir. Geridə qalan isə bağırsaq çatları, xərçəng və s. səbəbdən olur:

Rektum (qalın bağırsağın son hissəsi) xərçəngi xəstələrinin 20 faizi illərcə babasildən təbii vasitələrlə müalicə alaraq, qanaxmanı “keçib gedər“ , “düzələr“ , “olur belə" kimi qəbul edənlərdir. Belə hallarda mütləq həkim proktoloqa müraciət etməli, lazımi endoskopik və barmaq müayinəsi olunmalıdır".

Onun sözlərinə görə, hemoroiddən əziyyət çəkən xəstələrin lifli qidalardan istifadə etməsi vacibdir. Tərkibində A vitamini olanlara - lobya, kartof, ərik, kök, yumurta və s., B vitamini olanlara - düyü , mərcimək, taxıllı qidalar, C vitamini olanlara - portağal, çiyələk, limon, kivi, moruq, E vitamini olanlara isə çuğundur, qoz, zeytun və balıq aiddir. Bundan başqa, əncir, ərik qurusu, kişmiş, alma, yemiş, armud, albalı, pomidor, yaşıl bibər, soğan və xiyarı da nümunə göstərmək olar.

Bəzi qidalar qəbizlik yaratdığından, bunları azaltmaq və ya rasiondan çıxarmaq lazımdır. Belə qidalar tərkibində acı, turşu, ədviyyat olan qidalardır. Bunlar həmin bölgədə qıcıqlanmaya, süd və süd məhsulları isə qaşınmaya səbəb olur. Naringi, qreyfrut, qazlı sular, hədsiz çay və kofe qəbulu, şokalad, yağlı qidalar, normadan artıq unlu qida qəbulu, pivə və şərab qəbulu və s. bu siyahıda yer alan məhsullardır".