"İndi nisbətən babatam. Ev şəraitində müalicəm davam edir”.
Medicina.az “Yeni Sabah”a istinad edərək xəbər verir ki, bunu açıqlamasında Baş nazirin sabiq müavini Abid Şərifov bildirib.
O, səhhətində irəliləyiş olub-olmaması barədə suala cavab olaraq deyib:
“Mənim 86 yaşım var. 86 yaşlı adamın səhhətində nə irəliləyiş olacaq? Buna da şükür. Əvvəlki ilə müqayisədə indi nisbətən hərəkət edə bilirəm”.
Qeyd edək ki, Abid Şərifov 1940-cı ildə Şəkidə anadan olub. O, 1995-ci ildən 2018-ci ilə qədər Baş nazirinin müavini vəzifəsində çalışıb.
A.Şərifov ötən ilin oktyabrında insult keçirib.