Bağırsağı bərpa edən, təzyiqi salan ərzaqlar - Amerikan kardioloqlardan

  • 22 Noy 2021 16:30
  • 955 Baxış
Bağırsağı bərpa edən, təzyiqi salan ərzaqlar -  Amerikan kardioloqlardan
Flavanoidlər yüksək təzyiq xəstələrinin həyatını kifayət qədər yaxşılaşdıra bilər. Çünki bu maddə təzyiqi normallaşdırır, damar divarlarını bərpa edir.


Eləcə də onlar bağırsaq miktoflorasını bərpa edir, bununla immunitet yaxşılaşır.

Medicina.az xəbər verir ki, amerikalı kardioloqlar elmi tədqiqatların nəticələrində flavonoidlə zəngin ərzaqların təzyiqə və mikrofloraya təsirini öyrənib.

Flavonoidlər antioksidant təsir göstərir, iltihabla mübarizə aparır, qan dövranını yaxşılaşdırır. İlk dəfə qırmızı bibərdə olan flavonoid birləşməsinin damar divarlarını bərpa etməsi barədə elmi açıqlama verilmişdi.

Bu maddə təbii ferment tənzimləyicidir, bizim bağırsaq mikrobiomumuz da fermentlərdən asılıdır.

İnsanın mikroflorasında faydalı bakteriyalar nə qədər çox olarsa, onda ürək-damar xəstəlikləri də az olur.

Elmi araşdırmalar göstərib ki, alma, armud, üzüm, istiot, giləmeyvələr çox qəbul edən şəxstlərdə təzyiq stabil olur.
Mikrobiom kardiomühafizə üçün vacibdir, ona görə belə sadə ərzaqları gündəlik qidaya daxil edərək, flavonoidləri orqanizmə verə bilərsiz.

Antibiotiklər, dərmanlar, şirniyyat, zərərli qida bağırsaq mikroflorasını öldürür.