Bakı apteklərindən "Parasetamol" qeybə çəkilir - SOS

  • 2020.03.30 12:02
  • 2022 Baxış
Bakı apteklərindən "Parasetamol" qeybə çəkilir -  SOS
Pandemiya dövründə maska və spirt çatışmazlığı ilə yanaşı, indi də "Parasetamol" adlı məşhur hərarətsalıcı dərman qeybə çəkilir.

Medicina.az xəbər verir ki, həkimlər və ÜST tərəfindən koronavirusa yoluxduqda, qızdırma zamanı yalnız "Parasetamol" dərmanının tövsiyyə olunmasından sonra ehtiyacı olan da, olmayan da bu drəmanı qutularla alıb, ehtiyat saxlayır. Məhz buna görə də Bakıda çox sayda aptekdə "Parasetamol" qıtlığı yaranıb. Bu barədə məlumat verən oxucular üz tutduqları apteklərdə "Parasetamol" tapa bilmir, tapılsa da, çox az sayda satıldığını bildirirlər.

Qeyd edək ki, "Parasetamol" koronavirusu müalicə etmir, onun müalicəsində çoxsaylı protokollardan istifadə olunur. "Parasetamol" isə uşaq və böyüklərdə müxtəlif iltihabi xəstəlikləri olanlarda qızdırmasalıcı kimi tətbiq olunur ki, onun da apteklərdə olmaması həqiqətən dərmana ehtiyacı olanlar üçün ciddi təhlükədir.

Buna görə də vətəndaşları apteklərdən lazım olmadığı halda bu dərmanı qutu-qutu alıb, evdə saxlamamağa çağırırıq.