Avropa Beynəlxalq Hospitalın tərkibində fəaliyyət göstərən Bakı Flebologiya Mərkəzi venoz-damar xəstəliklərinin diaqnostika və müalicəsi üzrə ixtisaslaşmış tibbi xidmətlər göstərir.
Medicina.az xəbər verir ki, Mərkəz pasiyentlərə fərdi yanaşma, dəqiq diaqnostika və müasir müalicə üsullarını bir arada təqdim etməyi hədəfləyir.
Müalicəyə başlamazdan öncə bütün pasiyentlərdə Rəngli Doppler USM müayinəsi aparılır. Müayinə nəticələrinə əsasən, dəqiq diaqnoz qoyulur və pasiyentin vəziyyətinə uyğun müalicə planı müəyyən edilir. Bu yanaşma müalicənin effektivliyini artırmaqla yanaşı, risklərin minimuma endirilməsinə imkan yaradır.
Mərkəzdə kiçik və iri venoz problemlərin müalicəsi üçün skleroterapiya (iynə üsulu), kriolazer (CLaCS), endovenoz lazer ablasiyası, radiofrekans ablasiyası və ClariVein kimi qabaqcıl metodlar tətbiq olunur. Minimal invaziv üsullar sayəsində müalicələr ağrısız və ya minimal narahatlıqla həyata keçirilir, bərpa müddəti isə qısa olur.
Burada müalicələrin əksəriyyəti cərrahi müdaxilə tələb etmir və pasiyentlər prosedurdan sonra gündəlik həyatlarına tez bir zamanda qayıda bilirlər. Xüsusilə ClariVein texnologiyası ilə aparılan müalicələr zamanı ağrı hissinin minimum olması pasiyent komfortunu ön plana çıxarır.
Bakı Flebologiya Mərkəzinin əsas məqsədi varikoz və digər venoz xəstəliklərin müalicəsində müasir, təhlükəsiz və effektiv tibbi xidmətlər təqdim etmək, Avropa Beynəlxalq Hospitalın tibbi imkanlarını flebologiya sahəsində daha da gücləndirməkdir.