Bakı metrosunda ölüm

  • 2026.01.17 12:30
  • 178 Baxış
Bakı metrosunda ölüm

Bu gün saat 11:30 radələrində “20 Yanvar” stansiyasının palatformasında bir nəfər kişi cinsli sərnişinin halı pisləşib.

Bu barədə Medicina.az -a Bakı Metropoliteni QSC-dən məlumat verilib.

Bildirilib ki, Dərhal əraziyə təcili tibbi yardım xidməti çağırılsa da, sərnişinin həyatını xilas etmək mümkün olmayıb.

Hadisə qatarların hərəkət intervalına təsir etməyib, yubanma baş verməyib.