Bakıda 15 yaşlı idmançı öldü - FOTO

  • 2021.11.29 11:38
  • 2018 Baxış
Bakıda 15 yaşlı idmançı öldü -  FOTO
Bakı şəhəri, Binəqədi rayonunda yeniyetmə Rəhman Yekəyev dünyasını dəyişib.

Medicina.az xəbər verir ki, Oxu.Az-ın əldə etdiyi məlumata görə, qan azlığı xəstəliyindən əziyyət 15 yaşlı R.Yekəyev yaşadığı evdə vəfat edib.

Qeyd edək ki, Rəhman Yekəyev karateçi olub. O, 2017-ci ildə keçirilən beynəlxalq şotokan karate-do üzrə filialın II açıq çempionatında kumite üzrə qızıl medal qazanıb.

Qeyd edək ki, Rəhman Yekəyev Binəqədi rayonunda yerləşən Qorxmaz Baxşıyev adına 179 saylı orta məktəbin şagirdi olub. O, orta məktəbdə 9-cu sinifə qədər təhsil alıb.