Bakıda 24 yaşlı ərəb turist qəfil öldü

  • 27 İyl 2022 09:22
  • 5578 Baxış
Bakıda 24 yaşlı ərəb turist qəfil öldü
Bakıda özəl klinikada ərəb turist ölüb.


"Report" xəbər verir ki, hadisə "Leyla Medical Center"də baş verib.


Belə ki, "Renaissance Palace Baku" otelində qalan Səudiyyə Ərəbistanı Krallığının vətəndaşı 1998-ci il təvəllüdlü Almadui Muteb Saeedin iyulun 26-da günorta saatlarında vəziyyəti pisləşib.


O, klinikaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.


Hazırda faktla bağlı araşdırma aparılır.