Bakıda 40 günlük körpənin yumurtalığından nəhəng şiş çıxarıldı

  • 2023.01.12 15:07
  • 4037 Baxış
Bakıda 40 günlük körpənin yumurtalığından nəhəng şiş  çıxarıldı
40 günlük körpə qız uşağı yumurtalığında nəhəng şiş ilə təcili əməliyyata alınıb.


"Medicina" xəbər verir ki, uşaq ana bətnində ikən umurtalığında nəhəng ölçülü şiş yaranmışdı.

Doğulduqdan sonra isə körpədə şişin ölçüləri böyüyüb. . Nəhəng ölçülü kistaya bağlı yumurtalığın burulması olduğu üçün körpə məcburi əməliyyata alınıb.

Cərrahi əməliyyat uzman uşaq cərrahı Fuad Hüseynov tərəfindən icra edilib.

Əməliyyat zamanı yumurtalıq qorunub saxlanılıb.



Aygün Musayeva