Bakıda 60 yaşlı qadın ana olub.
Medicina.az xəbər verir ki, bu barədə ginekoloq Natiq Məhərrəmov bildirib.
Həkim qeyd edib ki, pasiyentin miomaları olub:
"Pasientimiz bizə müraciət edəndə çox böyük miomaları vardı. 3 aylıq hamilə ikən bizə müraciət etdi. Klinikada qaldı, daha sonra evə yola saldıq. 2-ci dəfə yenə xəstəxanada qalmalı oldu. Çünki pasiyentin şəkəri, təzyiqi, ürək problemi var idi. Allahın izni ilə həm miomlarını uğurla aldıq, həm də övladı sağ- salamat dünyaya gəldi.
60 yaşında ana olmaq mümkündür hər yaşda ümid var".
Aygün
Medicina.az