Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bakıda bacı bacısına qaraciyərini bağışladı

  • 2024.01.25 15:36
  • 1193 Baxış
Bakıda bacı bacısına qaraciyərini  bağışladı
Daha bir xroniki qaraciyər çatışmazlığı olan qadın sağlamlığına qovuşub.

"Medicina" xəbər verir ki, Mərkəzi Klinikada baş tutan əməliyyatda xəstənin bacısı donor olub.


Əməliyyat Mərkəzi Klinikanın ümumi cərrahı, transplantoloq Tariyel Nadirov tərəfindən icra olunub.

Hazırda həm xəstənin, həm də donorun vəziyyəti tam stabildir.

Artıq donor evə yazılıb.

Aygün Musayeva