Bakıda beynəlxalq professorun iştirakı ilə inteqrativ tibb seminarı keçiriləcək - FOTO

  • 2026.04.21 10:21
  • 271 Baxış
Bakıda beynəlxalq professorun iştirakı ilə inteqrativ tibb seminarı keçiriləcək -  FOTO

Azərbaycanda tibb sahəsində yeni yanaşmaların tətbiqi istiqamətində mühüm tədbir keçiriləcək.

Medicina.az xəbər verir ki, 22 apreldə Arturo O’Birne Bakıda, Azərbaycan Tibb Universiteti-nin Fizika-Kimya korpusunda həkimlər və tibb mütəxəssisləri üçün seminarla çıxış edəcək.

Seminarın mövzusu

Tədbir “İnteqrativ tibb: xroniki xəstəliklərin müalicəsinə yeni yanaşma” mövzusuna həsr olunub.
Seminar iki hissədən ibarət olacaq:
* I hissə: Həyat tərzi təbabətinin əsasları
* II hissə: İnteqrativ tibb – xroniki xəstəliklərin müalicəsində çatışmayan halqa

Mühazirəçi kimdir?
Professor Arturo O’Birne:

* Beynəlxalq dərəcəli mütəxəssis
* Kolumbiyanın Javeriana Universitetinin İnteqrativ Təbabət kafedrasının rəhbəri
* Xroniki və autoimmun xəstəliklərin inteqrativ müalicəsi üzrə tanınmış ekspert
- Harada və nə vaxt?

Tarix: 22 aprel 2026
Saat: 14:30 – 17:00
Məkan: ATU, Fizika-Kimya korpusu

Niyə bu seminar vacibdir?

Son illərdə xroniki xəstəliklərin artması klassik müalicə yanaşmalarının məhdudiyyətlərini daha da ön plana çıxarıb.


İnteqrativ tibb isə xəstəliyə yalnız simptom səviyyəsində deyil, səbəb səviyyəsində yanaşmağı hədəfləyir.
Mütəxəssislər hesab edir ki, bu tip beynəlxalq seminarlar Azərbaycanda müasir və effektiv müalicə yanaşmalarının inkişafına mühüm töhfə verir.


Bakıda beynəlxalq professorun iştirakı ilə inteqrativ tibb seminarı keçiriləcək -  FOTO