Bakıda daha bir müəllim COVID-19-a yoluxdu

  • 2021.10.25 14:06
  • 2132 Baxış
Bakıda daha bir müəllim COVID-19-a yoluxdu
Bakıda daha bir orta məktəbin bağlanma ehtimalı var.

Bakupost.az xəbər verir ki, 246 nömrəli məktəb-liseyin 1 nəfər idman müəllimi COVIID-19 infeksiyasına yoluxub.

Faktı Bakupost.az –a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən təsdiqləyiblər.

İdarədən bildirilib ki, hazırda müəllim işə çıxmır, onun müalicəsi davam edir.

Bu barədə Binəqədi rayonu üzrə Gigiyena və Epidemiologiya Mərkəzinə məlumat verilib, müvafiq rəyin alınması gözlənilir.