Bakıda dayaq-hərəkət sisitemi xəstəliklərinə aid beynəlxalq konfrans keçiriləcək - FOTO

  • 2025.10.02 12:52
  • 117 Baxış
Bakıda dayaq-hərəkət sisitemi xəstəliklərinə aid beynəlxalq konfrans keçiriləcək -  FOTO

Oktyabrın 4-də Bakıda “Dayaq-hərəkət sisitemi xəstəliklərində kollagen tibbi vasitələrinin tətbiqi: yeni klinik təcrübələr” adlı beynəlxalq konfrans keçiriləcək.

Tədbirin Baku Marriot Hotel Boulevard otelində keçirilməsi nəzərdə tutulub.

İnteqrativ Təbabətdə Elmi araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə baş tutacaq tədbirdə Azərbaycanda fəaliyyət göstərən bir sıra məşhur klinikaların uzman doktorları dayaq-hərəkət sistemi xəstəliklərinin müalicəsində Kollagen preparatının effektli təsirinə dair maraqlı mövzularla çlxış edəcəklər. Konfransın əsas spikeri Alessandro Perra isə İtaliyadan dəvət olunub. GUNA Pharmaceuticals şirkətinin Elmi şöbəsinin direktoru A.Perranın məruzəsi ”Kollagen tibbi vasitələri-Elmi araşdırmalardan sübutlar” mövzusundadır. Təxminən 150 yerli həkimin iştirakı nəzərdə tutulan Beynəlxalq tədbirdə iştirakçılara 6 DTT balı və sertifikat veriləcək.



Beynəlxalq tədbirdə Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzindən dəvət olunmuş həkim-fizioterapevt Nuriyyə Əlibəyli, həkim nevroloq Ülviyyə Səlimova müvafiq olaraq “Diz artrozunun müalicəsində Kollagen tibbi vasitələrinin effekttivliyi” və “Boyun ağrılarının kompleks müalicəsində Kollagen tibbi vasitələri” mövzularında çıxış edəcəklər.Ümumilikdə bütün məruzələrdə dayaq-hərəkət sistemi xəstəliklərinin müalicəsin İnteqrativ yanaşma və Kollagen preparatının effektli təsiri ön plana çəkilib.Ümid edirik ki, tədbirdə iştirak edən həkimlər spikerlərin mövzu ilə bağlı nəzəri biliklərindən və praktiki təcrübələrindən də yararlana biləcəklər.

Əgər sözü gedən beynəlxalq konfrans sizi maraqlandırırsa, aşağıdakı linkə daxil olmaqla tədbirdə iştirak üçün qeydiyyatdan keçməyə tələsin.