Bakıda dodaq dolğusu etdirən qadının başına iş gəldi

  • 2023.04.04 09:36
  • 2063 Baxış
Bakıda dodaq dolğusu etdirən  qadının başına iş gəldi
Bakıda dodağına və alnına dolğu vurduran qadın problemlə üzləşib.



Medicina.az Qafqazinfo-ya istinadla bildirir ki, bundan sonra sifətində xoşagəlməz vəziyyət yarandığını deyən paytaxt sakini 1984-cü il təvəllüdlü V.A. hüquq-mühafizə orqanlarına müraciət edib.



O, fevralın 19-da Nərimanov rayonu Həsən Əliyev küçəsində yerləşən kosmetoloji mərkəzdə dodaq və alın nahiyəsinə dolğu vurduruğunu, lakin az sonra üzündə problemlərin yarandığını deyib. Şikayətçi kosmetoloq X.Mirzəyevanın məsuliyyətə cəlb edilməsini tələb edib.



V.A.-nın Nərimanov Rayon Prokurorluğuna etdiyi müraciət aidiyyəti üzrə Nərimanov Rayon Polis İdarəsinə göndərilib.



Araşdırmalar davam etdirilir.