Bakıda doğulan beşəmlərdən biri ÖLDÜ

  • 2022.09.06 10:58
  • 1108 Baxış
Bakıda doğulan  beşəmlərdən biri ÖLDÜ
Bakıda dünyaya gələn beşəmlərdən biri vəfat edib.


Bakupost.az Oxu.az-a istinadən xəbər verir ki, K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda müalicə alan uşaqlardan biri bir neçə gün əvvəl dünyasını dəyişib.

Ailənin istəyi ilə digər dörd uşaq Bakıda yerləşən özəl klinikalardan birinə köçürülüb. Körpələr köçürülən zaman vəziyyətləri stabil olub.


Qeyd edək ki, beşəmlər avqustun 11-də doğulublar. Onlardan biri küvez rejimində olub və monitor nəzarətində idi.


Körpələr doğularkən 1 260, 1 020, 1 030, 1 300, 1 180 qram çəkidə olublar.
Bakıda doğulan  beşəmlərdən biri ÖLDÜ