Bakıda idmançı zalda məşq zamanı öldü

  • 2021.10.22 17:37
  • 1407 Baxış
Bakıda idmançı zalda məşq zamanı öldü


Bakıda fitnes məşqçisi vəfat edib.

Medicina.az xəbər verir ki, bu gün günorta radələrində Teymur Əmir oğlu Məmmədrzayev məşq etdiyi idman zallarından birində dünyasını dəyişib.

İlkin məlumatlara görə, 1991-ci il təvəllüdlü idmançı yarışa hazırlaşırdı.

Onun ölüm səbəbi hələlik məlum deyil.