Bakıda iki avtomobil toqquşdu – Yol kənarında duran uşaq xəsarət aldı – VİDEO

  • 2026.01.01 14:52
  • 188 Baxış
Bakıda iki avtomobil toqquşdu – Yol kənarında duran uşaq xəsarət aldı –  VİDEO

Bakının mərkəzi küçələrindən birində iki minik avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib.

Medicina.az Axar.az-a istinadən xəbər verir ki, hadisə zamanı səkidə olan uşağın üzərinə yolun kənarına qoyulmuş məhəccər aşıb.

Qəzada iştirak edən avtomobilin sürücüsü uşağa əhəmiyyət verməyərək, toqquşduğu avtomobilin sürücüsünə yaxınlaşıb.

Xəsarətlər almış uşaq isə polis əməkdaşlarının yardımı ilə başqa avtomobillə xəstəxanaya aparılıb.

Qeyd edək ki, hadisə dekabrın 25-də baş verib.