Bakıda keysəriyyə əməliyyatı ilə Üçəmlər doğuldu

  • 05 Apr 2022 15:48
  • 857 Baxış
Bakıda keysəriyyə əməliyyatı ilə    Üçəmlər doğuldu

Bakıda Elmi Tədqiqat Mamalıq institutunda riskli hamilə qadının üçəmləri dünyaya gəlib.

Medicina.az xəbər verir ki, təbii yolla baş vermiş hamiləlik zamanı qadın 9 aylıq periodda mama-ginekoloq Xəyalə Təhməzinin nəzarətində olub. Bir sıra qalxanabənzər vəzi problemləri, vaxtından əvvəl doğuş və düşük təhlükələri ilə çətin hamiləlik keçirən qadın daim nəzarətdə saxlanılıb.


Dünən icra olunan qeysəriyyə əməliyyatı ilə çəkiləri 2 100, 1,920 və 2 490 qram olan oğlan uşaqları sağ-salamat dünyaya gəlib. Hamiləliyin 35-ci həftəsində dünyaya gələn körpələrin vəziyyəti stabil kafidir.