Bakıda körpə pəncərədən yıxılıb öldü

  • 2020.05.07 14:25
  • 2552 Baxış
Bakıda körpə pəncərədən yıxılıb öldü

Bakıda ananın iki yaşlı oğlunu yemək yedirtmək üçün pəncərədə oturtması ölümlə nəticələnib.

Medicina.az xəbər verir ki, hadisə mayın 6-sı Sabunçu rayonunda baş verib.

Anaı iki yaşlı oğlu Kamil Abdullazadəni yaşadıqları fərdi yaşayış evinin ikinci mərtəbəsində otağın pəncərəsində oturdaraq yemək yedizdirib.


Bu zaman ani olaraq uşaqdan diqqətini ayırması nəticəsində iki yaşlı Kamil pəncərənin qoruyucu toruna tərəf əyilib və müvazinətini itirərək, pəncərədən evin həyətinə yıxılıb.

Valideynləri onu 3 saylı şəhər klinik xəstəxanasına aparıb. İki yaşlı Kamilə ilkin tibbi yardım göstərilsə də, həmin gün saat 21 radələrində xəstəxanada vəfat edib.