Bakıda məktəbdə salfetdən zəhərlənmə - Araşdırma başladıldı

  • 2026.05.01 20:20
  • 274 Baxış
Bakıda məktəbdə salfetdən zəhərlənmə -  Araşdırma başladıldı

Xətai rayonu ərazisində yerləşən 257 nömrəli məktəbə şagirdlərdən biri tərəfindən gətirilən nəm salfetdən yaranan allergik hala görə polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətindən Medicina.az -a bildirilib ki, Xətai Rayon Polis İdarəsində təhqiqat araşdırması başlayıb. Polis əməkdaşları tərəfindən həmin salfet müvafiq ekspertizaya təqdim olunması üçün götürülüb. Araşdırmalar davam etdirilir.

***
18:14

Bakının Xətai rayonunda yerləşən 257 nömrəli tam orta məktəbdə kütləvi zəhərlənmə olub.

Medicina.az xəbər verir ki, bu barədə telejurnalist Aytən Səfərova məlumat yayıb. O bildirib ki, şagirdlərin xlordan zəhərləndiyi deyilir. Məktəbə təcili yardım briqadası cəlb olunub.

Məktəbdən verilən açıqlamaya görə isə, 5-ci sinif şagirdləri arasında nəm salfetlərdən allergik reaksiyalar baş verib. Bu səbəbdən həmin uşaqlara təcili yardım çağırılıb. Onların vəziyyəti qənaətbəxşdir.